RUSİYA HÖKUMƏTİ ÖLKƏNİ TƏRK EDƏN XARİCİ ŞİRKƏTLƏRİN ƏMLAKINI MİLLİLƏŞDİRƏCƏK

Rusiya hökuməti ölkəni tərk edən xarici şirkətlərin əmlakını milliləşdirəcək.

Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, Rusiya hökuməti insanların işsiz qalmaması üçün ölkədən getmiş xarici şirkətlərin müflisləşməsi prosedurunu işə salacaq və onların əmlakı əsasında yeni müəssisələr yaradacaq.