Rusiya “Böyük iyirmilik” ölkələrinin İndoneziyada keçiriləcək Sammitində iştirak edəcək.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O deyib ki, Rusiyanın Sammitdə iştirak formatı hələlik dəqiqləşdirilməyib.
“Böyük iyirmilik” ölkələrinin 17-ci Sammiti bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.