RUSİYA ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI DANIŞIQLARIN BAŞLANMASINA KÖMƏK ETMƏYƏ HAZIRDIR – XİN

Rusiya Ermənistan-Azərbaycan sərhədinin sonradan demarkasiyası üçün müəyyənləşdirilməsi üzrə danışıqların başlanmasına kömək etməyə hazırdır.

TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı bəyanatında deyilir.

Qeyd edilir ki, 2020-ci ilin noyabrın 10-da imzalanan bəyanatda vacib müddəa qeyd edilib – regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması: “Hesab edirik ki, problemin uzunmüddətli həlli Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır. Rusiya lazımi məsləhətçi yardımı göstərməyə, tərəflərin istəyi ilə lazımi kartoqrafik materialları təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.

XİN xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun səkkiz iclasının yekunlarına əsasən Ermənistan və Azərbaycan arasında əlaqəni bərpa etmək üçün konkret dəmir yolu və avtomobil marşrutlarını təsvir edən hesabat təqdim edilib. Marşrutların qonşu ölkələrin nəqliyyat kommunikasiyalarına çıxışı mövcuddur, bu isə regionun tranzit cəlbediciliyini artıracaq və əlavə investisiyalar cəlb edəcək.