RUSİYA BMT TƏHLÜKƏSİZLİK ŞURASININ MALİYƏ QARŞI SANKSİYALARA DAİR QƏTNAMƏSİNƏ VETO QOYUB

Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Maliyə qarşı sanksiyalarla bağlı qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.

TASS agentliyi xəbər verir ki, sənəddə 2017-ci ildən qüvvədə olan sanksiya rejiminin gələn il avqustun 31-dək uzadılması nəzərdə tutulurdu.

Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının digər üzvləri isə qətnaməni dəstəkləyib.

Qeyd olunub ki, Təhlükəsizlik Şurası istənilən vaxt məhdudiyyətlərə yenidən baxa bilər.