Rusiyanın “Utair” aviaşirkəti fevralın 9-dan etibarən Moskva-Gəncə marşrutu ilə reysləri işə salır.
Bu barədə şirkətin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə, çərşənbə günləri baş tutacaq.
Moskvadan uçuşlar saat 06:05-də, Gəncədən isə 11:30-da olacaq.