RUSİYA AVİAŞİRKƏTİ AZƏRBAYCANA UÇUŞLARI BƏRPA EDİR

Rusiyanın “Aeroflot” aviaşirkəti martın 21-dən etibarən Azərbaycana müntəzəm reysləri bərpa edəcək.

Bu barədə şirkət məlumat verir.

Uçuşlar “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.

Xatırladaq ki, bu il martın 5-də Rusiya aviaşirkətləri Rusiya Federal Hava Nəqliyyat Agentliyinin tövsiyəsi ilə Azərbaycana uçuşları dayandırmışdı.