2024-2025-ci tədris ili üçün rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qeydiyyat iyunun 20-də tamamlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bir sıra lisey və gimnaziyaların rus bölməsi üzrə birinci sinfinə qəbul üçün nəzərdə tutulmuş boş yerlərin sayı müraciət edən uşaqların sayından çox olduğundan müsabiqə ləğv edilib.
Müsabiqəyə qeydiyyatdan keçirilən uşaqlar müsabiqədə iştirak etmədən 1-ci sinfə qəbul edilib.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün lisey və gimnaziyaların rus bölməsi üzrə uşaqların birinci sinfə qeydiyyatına iyunun 12-də start verilib.
Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir.