RUMINİYA PORTALI PREZİDENT İLHAM ƏLİYEVİN BOSNİYA VƏ HERSEQOVİNAYA SƏFƏRİ BARƏDƏ MƏQALƏ YAYIB

Rumıniyanın nüfuzlu “News24hours” nəşri Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri barədə məqalə yayıb.
Məqalədə Prezident İlham Əliyevin Sarayevoda keçirdiyi görüşlər və “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanması barədə geniş məlumat verilir.
Yazıda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə geniş yer verilir.