RUMINİYA KİV-LƏRİ PREZİDENT İLHAM ƏLİYEVİN BRÜSSELDƏ KEÇİRDİYİ GÖRÜŞLƏRİ GENİŞ İŞIQLANDIRIB

Rumıniyanın qabaqcıl KİV-ləri – “Ecopolitic news”, “Amosnews”, “Agepres”, “Financial intelligence”, “G4media”, “Presa online”, “Cugetul Liber” kimi qəzetləri və xəbər portalları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlər barədə geniş informasiyalar yayıb.

Məlumatlarda görüşdən sonra keçirilən mətbuat konfransında Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini təsdiqlədiklərini bildirdiyi qeyd olunub. Vurğulanıb ki, tərəflər, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə ediblər. Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər.

Diqqətə çatdırılıb ki, sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.