RUMINİYA BAŞ NAZİRİ: IGB-NİN İŞƏ SALINMASI AVROPANIN ENERJİ TƏLƏBATININ TƏMİN OLUNMASINDA VACİB MƏRHƏLƏDİR

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması Avropanın enerji tələbatının təmin olunmasında vacib mərhələdir.

Bunu Rumıniyanın baş naziri Nikolae Çuka öz “Facebook” səhifəsində yazıb.

“Bu, bizim böyük maraq və ümidlə gözlədiyimiz məqamdır. Bu, Rusiya qazından asılılığın azaldılması ilə bizim enerji tələbatımızın təmin olunması üzrə birgə səylərimizdə vacib mərhələdir. Bu interkonnektor vasitəsilə Azərbaycandan qaz idxalı Rumıniya və digər ölkələrin Trans-Adriatik qaz xəttinə (TAP) çıxışını təmin edəcək alternativ mənbə təqdim edir”, – rumıniyalı baş nazir yazıb.