RİÇARDAS LAPAİTİS: ERMƏNİSTAN ÖZ ÇİRKİN SİYASİ OYUNLARINI APARDIĞI ZAMAN AZƏRBAYCAN YÜKSƏK TEXNOLOGİYALARLA MÜASİR ORDUSUNU YARADIB

Ermənistan öz çirkin siyasi oyunlarını apardığı zaman Azərbaycan yüksək texnologiyalarla müasir ordusunu yaradıb.

Bunu Trend-ə litvalı hərbi jurnalist Riçardas Lapaitis deyib.

O qeyd edib ki, 2020-ci il sentyabrın 27-i Azərbaycan tarixinə müasir dövrün ən vacib günü kimi düşüb:

“Dünyada dondurulmuş münaqişələrin həlli nümunələri çox azdır. İkinci Qarabağ müharibəsi ərəfəsində törədilən təxribatları, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa qanunsuz səfərlərini onun təxribatçı çıxışlarını, Ermənistan tərəfindən atəşkəsin pozulması hallarını xatırlamaq lazımdır. ATƏT Minsk qrupu isə iş görmürdü və Ermənistanın bütün bu qanunsuzluqlarına göz yumurdu. Münaqişənin dinc yolla həlli üçün bütün vasitələr tükənmişdi”.

Onun sözlərinə görə, müharibə dövründə Azərbaycanın bir sıra şəhərlərinə raket zərbələri endirmiş Ermənistan öz həqiqi simasını göstərib:

“Ermənistanın fəaliyyəti terror xarakteri daşıyırdı. Amma ən əsası isə, erməni təxribatçılarının hər belə təxribatından sonra Azərbaycan ordusu daha böyük qətiyyətlə irəliləyirdi. Bununla heyrətlənməmək mümkün deyil. Bütün dünya nəfəsini tutaraq hadisələri izləyirdi və artıq başa düşürdü ki, hansı tərəf Vətənini müdafiə edir, hansı tərəf isə təcavüzkardır. Ermənistan öz çirkin siyasi oyunlarını apardığı zaman Azərbaycan yüksək texnologiyalarla müasir ordusunu yaradıb. Bu, silahların atıb döyüş meydanınan qaçan erməni hərbçiləri üçün əsl sürpriz oldu. Azərbaycan əsgərlərinin döyüş əzmi o qədər yüksək idi ki, Ermənisanın kapitulyasiya edəcəyi şübhə doğurmurdu, və məhz 44 gündən sonra bu, baş verdi. Ermənistanın nüfuzu çökdü, Azərbaycanın nüfuzu isə gündən-gündən artır”.

Jurnalist bildirib ki, Azərbaycan rəhbərliyinin səmərəli siyasəti təxminən 30 illik işğal tarixinə nöqtə qoydu:

“Beləliklə, gələcək nəsillərin qarşısında tamamilə fərqli perspektivlər açıldı. Sabitlik və sülhün təminatı təkcə Azərbaycanın deyil, həm də qonşu ölkələrin, Gürcüstanın və sağlam düşüncəyə əməl edəcəyi təqdirdə Ermənistanın iqtisadiyyatlarının inkişafına güclü təkan verəcək”.

R.Lapaitis əlavə edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir:

“Mən bütün Azərbaycan xalqını Cənubi Qafqaza sülh gətirmiş qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Biz Azərbaycan torpaqlarının işğalı müddətində törədilmiş erməni vandallığının fəsadlarını görürük. Ermənistan dinc həyat qurmağa hazırlaşmırdı, çünki bu torpaqlar heç vaxt onlara məxsus olmayıb. Mən Azərbaycanın gələcəyinə inanıram. Arzu edirəm ki, mənfur düşmənin səbəb olduğu bütün yaralar tezliklə sağalsın. Azərbaycan əsgərlərinə sülh və sabitliyə görə dərin minnətdarlığımı bildirirəm”.