RESPUBLİKA KLİNİK XƏSTƏXANASININ BAŞ HƏKİMİ İŞDƏN ÇIXARILIB

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

TƏBİB-dən verilən məlumata görə, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə təyin olunub.