RAUF ABDULLAYEV 1-Cİ DƏRƏCƏLİ “ƏMƏK” ORDENİ İLƏ TƏLTİF EDİLDİ – SƏRƏNCAM

Prezident İlham Əliyev R.C.Abdullayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.