RAFİQ MƏMMƏDHƏSƏNOV 2-Cİ DƏRƏCƏLİ “ƏMƏK” ORDENİ İLƏ TƏLTİF EDİLİB – SƏRƏNCAM

Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Rafiq Məmmədhəsənov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.