RABİTƏ VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİNİN RƏSMİ EMBLEMİ HAQQINDA ƏSASNAMƏ TƏSDİQLƏNİB – FƏRMAN

“Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri” də təsdiq edilib.