RƏSSAMLIQ AKADEMİYASINA YENİ REKTOR TƏYİN EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Xatırladaq ki, dövlət başçısının digər sərəncamı ilə Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.