RƏŞAD NƏBİYEV ÖZBƏKİSTANLI HƏMKARI İLƏ KİBERTƏHLÜKƏSİZLİK VƏ KOSMİK SAHƏLƏRDƏ ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİB

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Özbəkistanın informasiya texnologiyaları və kommunikasiyaların inkişafı naziri Şerzod Şermatovla görüşüb.

Nazirlikdən bildirilib ki, görüş zamanı iki ölkə arasında rəqəmsal inkişaf, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığın inkişafı müzakirə edilib.