Qarşıdakı aylarda toylarla bağlı müəyyən qaydalar çərçivəsində yeni standartlar yaranacaq.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Lakin millət vəkili bildirir ki, məhdudiyyətlərin tam aradan qalxması üçün əhalinin yarıdan çoxu vaksinasiya olunmalıdır:
“Bu gün bildiyiniz kimi, 1,5 milyon vaksin vurulub, bu da təqribən əhalinin 7-8 faizi deməkdir. Əhalinin tam rahat şəkildə rahat nəfəs alması üçün isə, bundan əvvəl deyildiyi kimi cəmiyyətin 60-70 faizi vaksinasiya olunmalıdır.
Bu qədər insanın vaksinasiya prosesindən keçmədiyi müddətcə, qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik. Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükcə mədəni və sosial həyatımızda toy və digər mərasimlərin keçirilməsi üçün bəlli qaydalar çərçivəsində standartlar formalaşacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir”.