Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı artıb. Son sutka ərzində isə ardıcıl alışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb. Həftə ərzində Yerə doğru istiqamətlənmiş bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb.
Bu dövrdə Günəş küləyinin maksimal sürəti 612 kilometr/saniyə olub. Hazırda Günəş küləyinin sürəti normaldır (345 kilometr/saniyə).
Ardıcıl baş vermiş TKA-nın təsiri nəticəsində Günəş küləyinin sürətinin iyulun 31-dək yüksək olacağı proqnozlaşdırılır. İyulun 27-də baş vermiş TKA-nın təsiri ilə bu gün G1 (zəif), iyulun 30-31-də isə son günlərdəki aktivliklə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.