Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Türkiyənin Ukrayna böhranının həlli üçün diplomatiyası davam edir. Bu çərçivədə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukraynaya səfər edib. Nazir Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü açıqlayıb.