RƏCƏB TAYYİB ƏRDOĞAN: ZƏLZƏLƏ BÖLGƏSİNDƏ 751 MİN NƏFƏR ÇADIRLARDA QALIR

Zəlzələ bölgəsində 751 min nəfər çadırlarda qalır

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ümumilikdə, 1 milyon 684 min nəfər müxtəlif sığınacaqlarla təmin edilib. Ehtiyac yaranarsa, konteyner evlərin sayı 200 minə çatdırılacaq. Hazırda 114 min 834 nəfər dağıntı altından çıxarılıb. Prosess hələ də davam edir. Zəlzələdən sonra ümumi zərərin qiymətləndirilməsi işləri isə yekunlaşmaq üzrədir”, – deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.