RƏCƏB TAYYİB ƏRDOĞAN YANĞINLARIN SÖNDÜRÜLMƏSİNDƏ AZƏRBAYCANIN ROLUNDAN DANIŞDI

Yanğınların söndürülməsində Azərbaycanın rolunu xüsusi vurğulamaq istəyirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından da bəhs edib: “Bu gün yenə İlham Əliyev qardaşımla telefonda danışdıq. Hazırda 600-dən çox yanğınsöndürən göndəriblər. Bütün texnika ilə bərabər, bunu bir az da artıra bilərik deyirlər. İlham Əliyev əlavə 100-dən çox yanğınsödürən göndərəcəm dedi, mən də “yaxşı olar” dedim. Bunlar peşəkar yanğınsöndürənlərdir. Azərbaycan əlavə olaraq belə bir qrup da göndərəcək”.