RƏCƏB TAYYİB ƏRDOĞAN: XOCALI QƏTLİAMININ ACISINI UNUTMAYACAĞIQ, KƏDƏRİNİ TƏKRAR-TƏKRAR YAŞAYACAĞIQ

Xocalıda 29 il əvvəl vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter” sosial şəbəkə hesabında Xocalı soyqırımı qurbanlarına ehtiramı bu ifadə ilə başlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amansız bəşəri cinayətlə bağlı fikirlərini belə davam etdirib: “İllər keçsə də, acısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı bilmədən qəddarlıqla qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağılığı verirəm.
Bir millət, iki dövlətik…Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”.