Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.
Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın TRT telekanalına müsahibəsində deyib.
O bildirib ki, telefon danışığının martın 6-da keçirilməsi nəzərdə tutulub.
İ.Kalın əlavə edib ki, Türkiyə və Rusiya nümayəndələri arasında müxtəlif səviyyələrdə danışıqlar davam edir.