RƏCƏB TAYYİB ƏRDOĞAN TUSAŞ TƏRƏFİNDƏN İSTEHSAL EDİLƏN MİLLİ DÖYÜŞ TƏYYARƏSİNİN ADINI AÇIQLAYACAQ

Bugün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən Milli Döyüş təyyarəsinin adını açıqlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi rəhbəri İsmail Demir bildirib.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan təyyarənin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.