RƏCƏB TAYYİB ƏRDOĞAN: TÜRKİYƏ BTQ DƏMİR YOLU XƏTTİNƏ BÖYÜK ƏHƏMİYYƏT VERİR

Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə böyük əhəmiyyət verir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada bu gün keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib.

O həmçinin müasir İpək Yolunun bərpasını dəstəklədiklərini də bildirib.

“Türkiyə olaraq Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunun bərpasını dəstəkləyirik. Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinə də böyük önəm veririk”, – deyə R.T.Ərdoğan əlavə edib.