
Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda vəziyyət hələ də kövrəkdir.
Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə haqlı mübarizəsində Azərbaycan xalqının yanında olduğu kimi, sülhün təmin edilməsində də yanındadır.
“8 Noyabrda qeyd etdiyimiz şanlı Qarabağ zəfərinin ikinci ildönümündə şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik” – deyə R.T.Ərdoğan deyib.
Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.