Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Rusiya-Ukrayna məsələsini və son prosesləri müzakirə ediblər.
Rusiya və Ukrayna arasında sülhün yenidən təsis olunması üçün əllərindən gələn bütün səyləri davam etdirəcəkləri bəyan edilib.