
Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib.
O bildirib ki, tezliklə atəşkəs və sülhün bərqərar olması hər kəsin xeyrinə olacaq.
“Nümayəndələrin danışıqlarda əldə edəcəyi irəliləyiş həm də növbəti mərhələyə, liderlər səviyyəsində əlaqə yaratmağa imkan verəcək. Biz belə bir görüşə ev sahibliyi etməyə hazırıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.