RƏCƏB TAYYİB ƏRDOĞAN: “QARDAŞ YUMRUĞU” BİRGƏ TƏLİMİ GÖSTƏRDİ Kİ, AZƏRBAYCAN VƏ TÜRKİYƏNİ HEÇ KİM BİR-BİRİNDƏN AYIRA BİLMƏZ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qardaş yumruq” Azərbaycan-Türkiyə birgə təliminin uğurla başa çatmasından sonra telefonla danışdığı iki ölkənin ordu şəxsi heyətini təbrik edib.

Bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətində bildirib.

Ərdoğan qeyd edib ki Türkiyə-Azərbaycan gələcək üçün daha da güclənərək bu təlimlərlə həmrəylik və əməkdaşlığı davam etdirəcək.

“Siz bir millət, iki dövlət anlayışı ilə bu təlimi uğurla həyata keçirdiniz. Dostlara güc, düşmənlərə qorxu verdiniz. Bu güc sonrakı əməliyyatlarda ən vacib dinamizminiz olacaq. Türkiyə-Azərbaycan gələcək üçün daha da güclənərək bu təlimlərlə həmrəylik və əməkdaşlığı davam etdirəcək. Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımızı ürəkdən sevirik. Sizi ürəkdən qucaqlayırıq. Bu təlim göstərdi ki, biz bir-birimizlə ət və sümük kimiyik. Bizi heç kim bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcəklər”, – deyə R.T.Ərdoğan əlavə edib.