RƏCƏB TAYYİB ƏRDOĞAN: QARABAĞ MÜHARİBƏSİNDƏ BEYNƏLXALQ MEDİANIN İKİÜZLU DAVRANIŞININ ŞAHİDİ OLDUQ

44 gün davam edən Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq.

Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını ballistik raketlərlə qətlə yetirməsi heç gündəmə gətirilmədi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Media forumunda çıxışı zaman deyib.

R.T.Ərdoğan bildirib ki, media müstəqilliyindən və obyektivlikdən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentlikləri kimi hərəkət etdi.