Türkiyə özünün pilotsuz uçuş aparatları (PUA) ilə hər yerdə mövcudluğunu qoruyur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə öz gücünü və etibarını diplomatiyadan hərb sahəsində geniş sahədə dosta və düşmənə qəbul etdirdi.
“PUA-larımızla hər yerdə varıq. Liviyada varıq, Azərbaycanda varıq, Qarabağda varıq. Suriyada terrorla mübarizə aparırıq” – deyə, Prezident vurğulayıb.