RƏCƏB TAYYİB ƏRDOĞAN: ERMƏNİSTANIN TƏXRİBATLARI QƏBULEDİLMƏZDİR

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Azərbaycan xalqına başsağlığı verirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.

“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, – deyə Ərdoğan vurğulayıb.