
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donlad Trampla görüşüb.
Liderlər NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa Sammitində bir araya gəliblər.
Görüş zamanı Ərdoğan İsrail və İran arasında atəşkəs əldə olunmasını alqışlayıb. Prezident Ərdoğan Qəzzadakı humanitar faciənin tezliklə sona çatması üçün yaxın dialoqun vacibliyini vurğulayıb.
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.