RƏCƏB TAYYİB ƏRDOĞAN BU GÜN AZƏRBAYCANA GƏLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı paylaşım edib.

“Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yolunu gözləyirik. Qardaşların böyük görüşü və qucaqlaşması bu gün gerçəkləşəcək”, – deyə o qeyd edib.