RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANLI HƏRBÇİLƏRİN TÜRKİYƏDƏ MÜALİCƏSİNDƏN DANIŞIB

Türkiyə Azərbaycan, Suriya və Liviyadan olan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndərir.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə bu addımları atmağa davam edəcək.

“Türkiyə Qafqazda illərdir davam edən böhranın nəticəsi olaraq yaranan qeyri-stabilliyin aradan qaldırılmasını balanslaşdırılmış siyasəti ilə önəmli ölçüdə təmin edib. Azərbaycan, Suriya və Liviyadan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndəririk. Biz bu addımları atmağa davam edəcəyik”, – deyə R.T. Ərdoğan əlavə edib.