
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Prezident Ərdoğan X sosial media hesabındakı paylaşımında bildirib: “Bu qürurlu gün münasibətilə qardaşım Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına Türkiyənin salamlarını çatdırıram. Dünyada bənzəri olmayan bir qardaşlığa sahib olduğumuz Can Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ən səmimi hisslərlə təbrik edirəm”.

