RƏCƏB TAYYİB ƏRDOĞAN: AZƏRBAYCAN ÜÇTƏRƏFLİ BƏYANATIN MÜDDƏALARINA TAM ƏMƏL EDİR

Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında qeyd edib.

O bildirib ki, Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub.

“Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, – deyə R.T.Ərdoğan əlavə edib.