RƏCƏB TAYYİB ƏRDOĞAN: AZƏRBAYCAN QARABAĞ MÜNAQİŞƏSİNİ ÖZÜ HƏLL ETDİ VƏ HAZIRDA REGİONU BƏRPA VƏ İNKİŞAF YOLU İLƏ APARIR

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Qarabağ münaqişəsi uzun müddət ərzində həllini tapmırdı.

Bu ,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda deyilir.

R.T.Ərdoğanın məktubunu sabiq baş nazir Binəli Yıldırım oxuyub.

Məktubda qeyd edilir ki, Azərbaycan ikinci Qarabağ müharibəsi nəticəsində bu münaqişəni özü həll etdi və hazırda regionu sabit şəkildə bərpa və inkişaf yolu ilə aparır.