QURU QOŞUNLARINDA MEXANİKLƏŞDİRİLMİŞ BÖLMƏLƏRİN DÖYÜŞ QABİLİYYƏTİ İNKİŞAF ETDİRİLİR

Cari ilin hazırlıq planına əsasən, Milli Ordunun Quru Qoşunlarının mexanikləşdirilmiş bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən təlimlərdə əsas diqqət ekipajların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığını və şəxsi heyətin peşəkarlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən tədbirlər davam etdirilir.