QURBAN BAYRAMI GÜNLƏRİNDƏ BAKI-QƏBƏLƏ-BAKI MARŞRUTU ÜZRƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİR

Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, 6, 7, 8 və 9 iyun tarixlərində qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.

Biletləri ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.