QUM ŞƏHƏRİNDƏ BEYNƏLXALQ QARABAĞ KONFRANSI KEÇİRİLƏCƏK

Cari il mayın 1-də (İran təqvimi ilə rəbiüləvvəl ayının 17-də) Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək.
Qumda fəaliyyət göstərən Elmi Hövzələr Mərkəzi tərəfindən təşkil olunacaq konfransa Azərbaycan, İran və Qafqaz xalqların görkəmli din alimləri dəvət ediləcək.
Konfransda İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin 44 günlük müharibə zamanı irəli sürdüyü tezislər təhlil olunacaq.
Qeyd edək ki, Ali Rəhbər Azərbaycan ordusunun Qarabağı erməni işğalından azad etmək üçün həyata keçirdiyi əks-hücuma əməliyyatı zamanı dövlət televiziyası ilə çıxış edərək rəsmi Bakının haqqlı olduğunu bəyan etmişdi.
Ayətullan Əli Xamneyi bildirmişdi ki, İranın iki qonşusunun müharibə etməsi üzücüdür. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Onun fikrincə regionda sülh və əmin-amanlıq Azərbaycana məxsus torpaqların qaytarılması ilə təmin oluna bilər.