QUBADA AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIQ PARKI YARADILIR

Şəhərin Əliqulu Nərimanov küçəsində tikilən yeni parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub.

Yeni istirahət məkanının eni 24, uzunluğu isə 60 metrdir. Parkda simvolik olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir ediləcək.

Azərbaycan və Türkiyənin bayraqlarının dalğalanacağı parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılacaq.

Parkın ümummilli lider Heydər Əliyevin doğum günündə istifadəyə verilməsi nəzərdə tutulub.