QRUP HƏRƏKƏTLƏRİ KOMANDAMIZ DÜNYA KUBOKU YARIŞLARININ FİNALINA VƏSİQƏ QAZANIB

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya kuboku yarışlarının finalına vəsiqə qazanıb.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyevadan ibarət kollektiv beş halqa ilə çıxışına görə həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, dünya kuboku yarışlarına aprelin 17-də yekun vurulacaq.