QOŞULMAMA HƏRƏKATI PARLAMENT ŞƏBƏKƏSİNİN BAKI KONFRANSININ İŞTİRAKÇILARI ŞUŞADADIR

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları işğaldan azad olunmuş Şuşa şəhərinə gəliblər.

Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.