QOŞULMAMA HƏRƏKATI PARLAMENT ŞƏBƏKƏSİNİN BAKI KONFRANSI BAŞA ÇATIB

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı başa çatıb.

Bağlanış nitqi ilə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxış edib.

O, konfrans iştirakçılarına təşəkkürlərini çatdırıb.

Tədbir iştirakçıları sabah – iyulun 2-də Şuşa şəhərinə səfər edəcək. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrləri də yer alıb.