“Qızıl qlobus” kinematoqrafiya və televiziya müsabiqəsi qaliblərinin adları açıqlanıb.
Mükafatların təqdimetmə mərasimi bağlı məkanda keçirilib və nə televiziya vasitəsilə, nə də onlayn olaraq yayımlanıb.
“Kral Riçard” dramatik filminə görə “Ən yaxşı aktyor” adını Uil Smit, “Ən yaxşı aktrisa” adını isə “Rikardo olmaq” dramatik filminə görə Nikol Kidman qazanıb. “Komediya və ya müzikl janrında ən yaxşı aktrisa” nominasiyasının qalibi “Uest sayd əhvalatı” filmindəki roluna görə Reyçel Zeqler olub. “Ən yaxşı film” nominasiyası mükafatını rejissor Ceyn Kempionun (Yeni Zellandiya) çəkdiyi “Köpəyin hakimiyyəti”, “Ən yaxşı komediya və ya müzikl filmi” nominasiyası üzrə mükafatı Stiven Spilberqin “Uest sayd əhvalatı” əldə edib. Ceyn Kempion – “Ən yaxşı rejissor işi”, Kennet Branın tarixi “Belfast” dramı – “Ən yaxşı ssenari”, “Duna” filminə görə bəstəkar Qans Zimmer (Almaniya) – “Filmə bəstənilən ən yaxşı musiqi” nominasiyalarının qalibi seçiliblər.
Mükafatlandırma mərasimində, həmçinin “Ən yaxşı mahnı”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı əcnəbi dildə çəkilmiş film”, “Ən yaxşı televiziya seriyalı” və digər nominasiyalar üzrə qaliblər müəyyən olunub.