Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.
Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”.