QAZAXSTANIN ALMATI ŞƏHƏRİNDƏ MDB PARLAMENT ASSAMBLEYASININ 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ ŞURA İCLASI KEÇİRİLİR

Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) 30 illiyinə həsr olunmuş Şura iclası öz işinə başlayıb.

Yubiley tədbirində Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.

Tədbirin açılış mərasimində Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini iştirakçıların diqqətinə çatdırıb.