QAZAXISTANLI GİMNASTLAR BAKIDA KEÇİRİLƏN TƏLİM-MƏŞQ TOPLANIŞLARINDA İŞTİRAK EDİRLƏR

Qazaxıstanın batut gimnastikası üzrə milli yığma komandasının üzvləri Bakı şəhərində keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər.

Təlim-məşq toplanışları Milli Gimnastika Arenasında keçirilir.

Xatırladaq ki, 18-19 fevral tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Yarışlarda 16 ölkədən 63 gimnastın çıxış edəcəyi gözlənilir.